İran İslam Respublikası Atom Enerjisi Təşkilatı Başçısı, İranın mülki müdafiə sahib olmasının əhəmiyyət daşıdığını bildirdi.
Tehranda mülki müdafiə illik konfransında danışan İran Atom Təşkilatı Başçısı Əli Əkbər Salehi, düşmənin İran İslam respublikasına qarşı heç bir dağıdıcı hücumdan geri qalmadığını, amma İranın nüvə sənayesinin yerli imkan və güclərə söykənərək çox yaxşı inkişaf etdiyini söylədi.
İranın nüvə təsislərinə istiqamətli Stuxnet virusu hücumu reallaşdırıldığını xatırladan Salehi, bu hücumun İran Atom təşkilatını xəbərdar etdiyini və bu istiqamətdə edilə bütün hücumlar mövzusunda lazımlı tədbirləri almasını təmin etdiyini söylədi.