İranXƏBƏRLƏR

Kontr-admiral Səyyari: Xəzərə nəzarət etmək üçün başqalarına ehtiyac yoxdur

İran İslam Respublikası ordusu dəniz qoşunları komandanı Xəzəryanı ölkələrin bu dənizin hüquqi statusunu tənzimləyərək icra etməli olduqlarını qeyd edərək deyib: Xəzər dənizinə nəzarət üçün başqalarının iştirakına ehtiyac yoxdur.
Kontr-admiral Həbibullah Səyyari Qazaxıstan dəniz qoşunları komandanı ilə görüşərək danışıqlar apardıqdan sonra jurnalistlər qarşısında əlavə edib: Bu müzakirələrdə iki tərəf iki ölkə münasibətlərinin möhkəmləndirilməsini vurğuladılar.
Bu görüşdə Qazaxıstan tərəfinin İran İslam Respublikası ordusu dəniz qoşunlarının diqqəti cəlb edəcək inkişafına toxunduğunu və bu təcrübələrdən istifadə etmək istədiyini bildirən kontr-admiral söyləyib: Bu görüşdə ikitərəfli təlim əməkdaşlıqları, tələbə mübadiləsi, hərbi gəmilərin təmiri, saxlanılması və istehsalı və sülh və dostluq dənizi olaraq Xəzər dənizində müxtəlif əməliyyat əməkdaşlıqlarının genişləndirilməsi vurğulandı.
“Bu müzakirələrdə Xəzər dənizində terrorçuluq və qaçaqçılıqla mübarizə, eləcə də xilas, yardım və ətraf mühitin qorunması barəsində fikir mübadiləsi aparıldı və qeyd olundu ki, Xəzər dənizi sülh və dostluq dənizi olaraq mühafizə olunsun və qonşu ölkələrin əməkdaşlığı ilə bu dənizdə başqalarının iştirakının qarşısı alınsın” –deyə kontr-admiral Səyyari bildirib.
Qazaxıstan dəniz qoşunları komandanı da İran İslam Respublikası ordusu dəniz qoşunlarının müxtəlif sahələrdəki təcrübələrinə toxunaraq deyib: Bu təcrübələr bizim üçün dəyərlidir.
Kontr-admiral Jandarbek Janzakov kontr-admiral Səyyari müzakirədən sonra jurnalistlərə deyib: Qazaxıstan dəniz qoşunları yenicə qurulmuşdur. Elə buna görə İran İslam Respublikasının təcrübələri bizim üçün çox köməkedici ola bilər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu