İranXƏBƏRLƏR

Mİ6-nın başçısı İrana qarşı təxribatçılıqdakı rolunu etiraf etdi

İngiltərənin xüsusi xidmət orqanı Mİ6-nın başçısı İrana qarşı casusluq fəaliyyətlərini rəsmən etiraf etdi.

Con Saverz Mİ6-nın İrana qarşı sanksiyalar və təzyiqləri ciddi şəkildə izlədiyini faş edib.
C.Saverz İngiltərə Parlamentinin İnformasiya və Təhlükəsizlik Komitəsindəki çıxışı zamanı deyib: Bizim xüsusi xidmət orqanlarımız İranın nüvə proqramı ilə bağlı siyasətçilərə kömək ediblər. Bu infarmasiyaların bəzisi heç kəsə sirr deyil və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən hazırlanıb. Bəzi məlumatlar isə məxfidir.
İngiltərənin Mİ6 xüsusi xidmət orqanının başında duran isim təqribən 10 il öncə diplomat adı altında İngiltərənin Xarici İşlər Nazirliyində fəaliyyət göstərib və İran ilə nüvə müzakirələrində İngiltərəni təmsil edən nümayəndə heyətinin üzvü olub.
Con Saverz hələ o zamandan İrana qarşı casusluq fəaliyyətləri, qətnamələrin qəbul edilməsi və təzyiq göstərilməsi siyasətinin tərfdarı olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu