Təqribən milyon yarım iraqlı üzdəniraq İraq Şam İslam Dövləti(İŞİD) adlandırılan Əl-Qaidə ilə bağlı yarımhərbçilərə qarşı döyüşə qatılmaq üçün könüllü olubdur.
Ehtiyatda olan zabitlər də daxil olmaqla bütün sünni təbəqə və qrupları bu könüllü hərəkətdə iştirak edirlər.
Bu hərəkət İraqın görkəmli siyasi və dini rəhbərlərinin bu ölkənin xalqından əlinə silah götürərək, yarımhərbçilər qarşısında öz ölkəsini müdafiə etməsini istəmələrindən sonra həyata keçirilib.
Şübhəsiz, İraqla bağlı dünənki ən mühüm xəbər, bu ölkə mərcəiyyətinin ordunu himayə xarakterli bəyanatı olub. Onda xalqdan istənilibdir ki, qüdrəti olan hər bir kəs orduya qatılsın. Bu, İraqda doğrudan da bir dönüş nöqtəsi idi. Könüllülərin izdihamı o həddə olubdur ki, Ayətullah Sistani dövlət işçilərini cihaddan azad edibdir.
İraqda təhlükəsizlik böhranı davam etməkdədir və Mosul və Niynəva vilayətinin digər şəhərlərinin geri alınması üzrə səylərə rəğmən, hələ İŞİD-çilər bu şəhərdə vəziyyətə nəzarət edirlər. Həmçinin hazırda terrorçular İraqın şərqinə doğru hərəkət etməkdədirlər və döyüşlər Diyalə vilayəti və İran-İraq sərhədi yaxınlğındakı Əl-Sədiyyə və Culula şəhərlərinə çatıbdır.
Seyyid Əmmar Həkim dətəqlid mərcələrinin fətvalarına ləbbeyk deyərək, könüllülərə qoşularaq, hərbi geyimi geyinib.
