AsyaDünyaLivanXƏBƏRLƏR

Hizbullah Livan ordusuna qarşı törədilən partlayışı pisləyib

Livan Hizbullahı ölkə ordusunun bir yoxlama – keçid məntəqəsində törədilən partlayış hadisəsini pisləyərək, onu bütün Livan xalqına qarşı cinayət adlandırıb.

Livan Hizbullahı bəyanat yayaraq bildirib ki, Təkfirçi məfkürə Ərsal şəhərində Livan ordusuna aid bir yoxlama məntəqəsinə qarşı terror əməliyyatı keçirməklə əslində öz cinayət işini dahada ağırlaşdırıb.
Bəyanatda deyilir: Hizbullah Livandakı bütün siyasi tərəfləri ayıq-sayıq olmağa, orduya əlavə diqqət yetirməyə və ona dəstək verməyə çağırır və Livan ordusu əsgərləri və zabitlərinə böyük dəyər verir.
Hizbullah həmçinin xatırladaraq bildirib ki, terrorçuluq, təkfirçilik və onların törətdikləri cinayətlər, təkfirçi qrupun artıq Livan xalqı ilə düşmən olduğunu bir daha sübuta yetirdi.
Ötən şənbə günü (27 mart) Vadi Əta məntəqəsi adlanan Livan ordusuna aid yoxlama – keçid məntəqəsində törədilmiş partlayış nəticəsində 3 nəfər həlak olub bir nçeə nəfər isə yaralanmışdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu