AsyaDünyaİranXƏBƏRLƏR

İsfahan gömrüyündən 2 milyard dollardan çox əmtiə ixrac edilib

İranın mərkəzində yerləşən İsfahan vilayəti gömrüyü vasitəsi ilə 2 milyard dollardan artıq məhsul icrac edilib.

İsfahan gömrük idarəsinin başçısı Əhməd Vənhəri deyib: Son bir il ərzində 3 milyon 958 min ton müxtəlif əmtiə İsfahan gömrüyündən xarici ölkələrə ixrac edilib.
Əhməd Vənhəri İsfahan vilayətinə aid məhsulların dünyanın 69 ölkəsinə ixrac edildiyini bildirərək deyib: Dəmir və polad, neft məmulatları, maşında toxunan xalça və əldə toxunmuş xalçalar kimi məhsullar İsfahan vilayətindən ixrac edilən əmtiələri təşkil edir.
Eyni zamanda İranın qərbində yerləşən Kohkiluyə və Boyer Əhməd vilayətindən isə qeyri-neft məhsulların ixarcatı 30 faiz ataraq onun dəyəri 3 milyon 570 min dollara çatıb.
Kohkiluye və Buyer Əhməd vilayətindən ixrac edilən məhsullar isə qazlı içkilər, qida maddələri və meyvə-tərəvəzdən ibarət olmuşdur. Həmin məhsullar Almaniya, İraq, Cənubi Afrika, Pakistan, Türkmənistan və Birləşmiş Ərəb Əmirlikləri ölkələrinə ixrac edilib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Göz Atın
Kapalı
Başa dön tuşu