AvropaDünyaXƏBƏRLƏR

Ukrayna rəsmisi prezident seçkilərinin keçirilməsini vurğulayıb

Ukrayna Mərkəzi Seçki Komissiyasının sədr əvəzi bildirib: Hətta əgər ölkənin bəzi bölgələrində fövqəladə vəziyyət elan olunarsa, prezident seçkiləri keçiriləcəkdir.

Andrey Maqera şənbə günü bu məsələni vurğulayıb ki, Ukraynadakı keçiriləcək prezident seçkiləri çox önəmlidir. Çünki Ukrayna rəsmilərinin qanuniliyi barəsindəki bütün şübhələri aradan qaldıracaqdır.
Ukrayna prezident seçkilərinin may ayının sonlarında keçirilməsi qərara alınıb.
Digər tərəfdən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Ukraynadakı müşahidəçiləri ötən gün bir hesabat yayaraq bildiriblər: Ukraynanın qərb və mərkəzi bölgələrində vəziyyət stabildir. Lakin Luqansk və Donetskdə müxaliflərin fəaliyyətinə görə vəziyyət de-stabil və gərgindir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu