Misirdə məhkəmə 15 amerikalını qiyabi şəkildə mühakimə edərək onları 5 il həbsə məhkum edib.
Bu məhkəmə həmçinin bir amerikalını da 2 il həbsə məhkum edib.
Misirdə xalq inqilabı və Mübarək rejiminin 2011-ci ildə devrilməsindən sonra həbs olunan bu amerikalılar həbsdən bir neçə gün sonra tamamilə şübhəli şəkildə azad olunmuş və Amerikaya köçürülmüşdü. Bu Amerika vətəndaşlarının azad olunması o zaman Misirdə çoxlu qalmaqala səbəb olmuşdu.