İraqLivanXƏBƏRLƏR

Muqtəda Sədr ABŞ-a kəskin xəbərdarlıq etdi

Sədr cərəyanının rəhbəri İraq üçün separatçılıq planları barəsində ABŞ prezidentinin müavininə xəbərdarlıq edib.

Livan 24 telekanalının məlumatına görə, Muqtəda Sədr ABŞ prezidentinin müavini İosif Baydenin separatçı tələblərinə reaksiyada onu terrorçu və İsrailin muzdlusu adlandırıb.

ABŞ-a xəbərdarlıq edən Sədr bildirib: ABŞ-ın İraqın daxilində və xaricindəki bazaları bizim hədəfimizdədir.

Muqtəda Sədr Baydendən istəyib ki, ABŞ xalqının tələbinə diqqət yetirsin. Çünki İraq xalqı sayıq və vəhdətə malikdir.

“İşğalçıları narahat edən məsələ İraqın vəhdətidir və buna görə onu bölmək fikrinə düşüblər” –deyə Sədr söləyib.

Muqtəda Sədr belə deyib: Ey Bayden! Allah dilini kəssin! Ey terrorçu və İsrailin muzdlusu! Bizim sənin şeytani düşüncə və planlarına ehtiyacımız yoxdur. İraq bizimdir. Kürd, sünni və şiə bir-birləri ilə dinc yanaşı yaşayır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu