Misirdə aksiya iştirakçıları ilə polis qüvvələri arasında baş vermiş toqquşmalar zamanı ən azı dörd nəfər ölüb, qırxdan çox şəxs isə yaralanıb.
İRİB-nin ərəb mənbələrə istinadən verdiyi məlumata görə Misirin polis qüvvələri atəş açıb, gözyaşardıcı güllərlər ataraq, həmçinin Qahirənin Əl-Təhrir meydanına gedən bütün yolları bağlayaraq, aksiya iştirakçılarının bu meydana yaxınlaşmasının qarşısını almağa çalışmaq istəyiblər.
Misirdə çevriliş hökumətinə qarşı aksiya iştirakçıları öz aksiyalarını davam etdirməklə çevriliş hökumətinin başçılarına xəbərdarlıq etməklə yanaşı, onların səslərinin görməməzliyə vurula bilməyəcəyini vurğuladılar.
Misir ordusu bu ölkədə dünənki aksiyaların keçirilməsinin ardınca dünən gecə əksər şəhərlərdə komendant saatı bərqərar etdi.
Misirin bir rəsmi təşkilatının verdiyi məlumata görə Əl-Təhrir meydanı və prezident sarayının ətrafındakı məntəqələr bazar ertəsi gününə qədər bağlı olacaq.