Misir ordusu prezident Məhəmməd Mursini vəzifəsindən kənara qoyub, Konstutusiya Məhkəməsinin sədrini mqvəqqəti prezident təyin edib.
Bu arada Misir Müdafiə naziri Abdül Fəttah əl-Sisi dövlət televiziyasında çıxış edib, bildirib ki, Misir Konstutusiyası qanunları müvəqqəti olaraq dondurulub.
Həmçinin ordu artıq Məhəmməd Mursinin Misir dövlət başçısı olmadığını açıqlayıb.
Nazir xalqa müraciətində bəyan edib ki, keçid dövründə ölkə başçısı vəzifəsini Konstitusiya məhkəməsinin sədri icra edəcək.
Misirdə hərbçilər tərəfindən hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları ilə polis arasında toqquşmalar başlayıb.