AsyaDünyaXƏBƏRLƏR

Yeni təşkilat yaranır; Təşkilat yeni taktikalarla hakimiyyəti dəyişmək istəyir

Azərbaycan Respubklikasında yeni siyasi təşkilat yaranır. Qarabağ qaziləri və hərəkat üzvlərindən ibarət yeni siyasi birlik nə müxalifəti, nə də hakimiyyəti qəbul etmir. Onlar ölkədə üçüncü qüvvə olmaq iddiasındadır.

Yaxın günlərdə Azərbaycanda yeni siyasi təşkilat yaranacaq. FaktXəbər-in məlumatına görə, bu barədə adının çəkilməsini istəməyən keçmiş hərəkat üzvlərindən biri məlumat verib.

Məlumatı verən mənbənin bildirdiyinə görə, ötən ilin sonlarından etibarən başladıqları fəaliyyət yekunlaşmaq üzrədir və yaxın vaxtlarda yaratdıqları təşkilatı elan edəcəklər. Mənbə deyib ki, yeni siyasi birlik nə müxalifəti, nə də hakimiyyəti qəbul etmir. Aparacaqları siyasi mübarizə isə birmənalı olaraq indiki müxalifətin taktikasından xeyli fərqlənəcək. Onlar hakimiyyətin dəyişilməsi və ondan sonrakı dövr üçün isə Müvəqqəti Hökumətin yaradılmasının tərəfdarıdırlar. Həmin hökumət isə bir il müddəti ərzində siyasi ishalatlara gedərək, yeni hakimiyyətin qurulmasını təmin etməlidirlər.

Mənbə onu da bildirib ki, onlar faktiki durumda geniş sosial bazaya sahib olacaqlarına şübhə etmirlər. Eyni zamanda, üçüncü qüvvə kimi çıxış etmək fikrindədirlər. «İndiki məqamda siyasi səhnədə ciddi boşluq var. Xalq nə hakimiyyətə, nə də indiki müxalifətə inanmır. Belə bir vəziyyətdə meydana çıxaraq, həmin narazı kütləni bir araya gətirməkdə iddialıyıq. Çünki buna Hərəkat dövründən əldə etdiyimiz təcrübənin yardımçı olacağını düşünürük».
Qarabağ qazisi Zaur Həsənovun özünü yandırmasından sonar Qarabağ qaziləri və ictimaiyyətdə xeyli aktivlik müşahidə olunur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu