AsyaAvropaDünyaXƏBƏRLƏR

Moskva Rusiyanın AŞPA-dakı durumu haqda xəbərdarlıq edib

-Rusiyanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri xəbərdarlıq edib ki, bu ölkənin həmin təşkilatdan çıxması onun beynəlxalq siyasətdəki rolunu son dərəcə azaldacaqdır.

Aleksey Puşkov vurğulayıb: Belə olan halda, bu avropalı struktur daha öz nümayəndəsini Rusiyaya göndərmək haqqını itirəcəkdir.
Avropa Şurasının Parlament Assambleyası bu gün- bazar ertəsi günü Strasburqdakı iclasında Moskvanın Krım qarşısındakı mövqeyinə görə, Rusiyanın nümayəndə heyətinin ixtiyarlarının ləğv edilməsi və Ukraynadakı hazırkı durum kimi iki əsas məsələni araşdıracaq.
Birinci məsələ İngiltərənin nümayəndə heyətinin təklifi ilə araşdırılacaq.
Təqdim olunmuş sənəddə İngiltərə parlamentinin üzvü-Robert Valter vurğulayıb ki, Avropa Şurasının Parlament Assambleyası Ukraynanın ərazi bütövlüyü və istiqlaliyyətinin Rusiya tərəfindən pozulmasını pisləməli və Rusiyanın nümayəndə heyətinin bütün ixtiyarları və səsvermə haqqını bir il müddətinə ləğv etməlidir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu