DünyaSuriyaXƏBƏRLƏR

Moskva: S-300 Suriyada xarici müdaxilənin qarşısını almaq üçündür

Rusiya Federasiyası xarici işlər nazirinin müavini S-300 zenit raket komplekslərinin Suriyaya göndərilməsini bu ölkədə xarici müdaxilə ilə bağlı önləyici amil adlandırıb.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov suriyalı müxaliflər üçün silahın göndərilməsi üzrə sanksiyanın ləğvi ilə bağlı Avropa Birliyinin qərarını naümidedici və onu Cenevrədə keçiriləcək 2-ci konfransın zərərinə adlandırıb.

Ryabkov qeyd edib ki, Avropa Birliyinin qərarı bu birliyinin siyasətlərinin əksinə və Cenevrə razılaşmasına əsasən Suriya böhranının siyasi həlli üçün bütün səylərlə ziddiyyətdədir.

“Moskva və Vaşinqton hələlik Cenevrədə keçiriləcək 2-ci iclasla bağlı öz mövqelərini yaxınlaşdıra bilməyiblər. Çünki Rusiya iclasda Suriya xalqına xarici həll yollarını və öncədən iqtidarın köçürülməsi mərhələsi çərçivəsini zorla tətbiq edəcək bəzilərinin iştirakı ilə razılaşmayacaq” –deyə Ryabkov bildirib.

Rusiya xarici işlər nazirinin müavini qeyd edib ki, Moskva Suriyaya raket əleyhinə müdafiə sisteminin göndərilməsi üçün öz mövqeyinə yenidən baxmaq niyyətində deyil və S-300 komplekslərinin Suriyaya göndərilməsi 5 il öncə Moskva və Dəməşq arasında razılaşdırılmış anlaşmaya əsasən həyata keçirilir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu