İranSuriyaXƏBƏRLƏR

İran Suriya böhranının həlli ilə bağlı 4 tərəfli iclasın keçirilməsini istəyib

İranın xarici işlər naziri Suriya böhranının həlli ilə bağlı 4 tərəfli iclasın keçirilməsini istəyib.

İranın xarici işlər naziri Əli Əkbər Salehi “Əl-Məyadin” informasiya kanalı ilə müsahibədə həmçinin, İran İslam Respublikasının istənilən səviyyədə və istənilən ölkənin iştirakı ilə Suriya böhranın həlli üçün 4 tərəfli iclasda iştiraka hazır olduğunu bildirib.
İranın xarici işlər naziri əlavə edib: Misir prezidenti Məhəmməd Morsinin Misir, İran, Ərəbistan və Türkiyəyə şamil olan Suriya böhranının həlli üçün 4 tərəfli komitənin təşkili haqdakı təşəbbüsü Misirin ərəb dünyası və İslam Dünyasındakı mövqeyinə görə, son dərəcə mühümdür və Qahirə tez bir zamanda 4 tərəfli iclasın keçirilməsi istiqamətində addım atmalıdır.
Ərəbistan, Qətər, Türkiyə, Amerika, Fransa, İngiltərə, sionist rejim və digər xarici tərəflər 2011-ci ilin martından Suriyanı bu ölkəyə terrorçular göndərmək, onları maliyyə, silah və media baxımından himayə etməklə gərgin duruma salıblar və regionda anti-sionist mehvərlərdən biri kimi, Suriya hökumətini devirmək ardıncadırlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu