Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov bu gün günorta saatlarında Nardaranın İmam Hüseyn (ə) meydanında keçiriləcək miting ilə bağlı məlumat verib.
Mitingə qərar dünən Bakı Kəndlər Birliyinin sədri, Nardaran ağsaqqalı mərhun Hacı Cəbrayıl Əlizadənin vəfatının üç mərasimində verilib.
Mərhum Hacı Cəbrayıl Əlizadənin üç mərasimdə bütün aparıcı siyasi qüvvələrin iştirakından razılıq bildirən Nardaran Ağsaqqallar Şurasının sədri vurğuladı : “Sosial problemlər, azad fikir insanlara qarşı hədələr, QMİ-nin vahid xütbə siystemi ətrafında müstəqil düşüncəli ruhanilər o cümlədən Hacı Tale Bağırova qarşı təhdidləri bütün azad insanları narahat edir.”
Nardaran Ağsaqqallar Şurasının sədri Hacı Tale Bağırov ilə bağlı hələki heç bir məlumatın olmadığını da hacının çox ehtimal ki Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılması ilə əlaqədar olduğunu bildirdi : “Çünki bir neçə ildir belə bir adət yaranıb ki, insanları tutub o idarəyə aparıb, heç bir məlumat vermirlər. Bir neçə gün keçəndən sonra məlum olunur ki, tutulan şəxsi oraya aparıblar!”
Məşədi Natiq əlavə etdi : “Nardaran Ağsaqqallar Şurası olaraq Hacı Tale Bağırovun Həzrət Abbas v Əbəlfəzl məscidlərindəki çıxışlarına görə ona qarşı hədələri də kəskin pisləmişdik və bununla bağlı məlumat vermişdik. Amma dünəndən indiyə qədər hələ Hacı Taledən məlumatımız yoxdur.”