Sionist rejimin baş naziri Benyamin Netanyahu İran və 5+1 Qrupu arasında əldə olunmuş nüvə anlaşmasından bərk narahat olaraq, bir daha iddia edib ki, İranın nüvə fəaliyyətləri qeyri-sülhsevər məqsədlər daşıyır.
Beynaymin Netanyahu bazar ertəsi günü işğal olunmuş Fələstində iddia edib ki, İsrail İranın nüvə silahı əldə etməsinə mane olmaq üçün mümkün olan bütün yollara baş vuracaq.
Sionist rejimin baş naziri elə bir şəraitdə İranı nüvə silahı əldə etməyə cəhd göstərməkdə ittiham edir ki, bu rejimin özü yüzlərlə nüvə başlığına malikdir və bir çox ölkənin də etiraf etdiyinə görə, Yaxın Şərq və dünya təhlükəsizliyi üçün İsrail rejimi ən böyük təhdid sayılır.
5+1 Qrupunun Cenevrə anlaşmasının icra metodları ilə bağlı İranın təklifləri ilə razılaşmasının ardınca bu anlaşmanın birinci mərhələsinin icrasına 20 yanvar 2014-cü il tarixindən start verilmiş olacaq.