İraqın baş naziri Nuri Əl-Maliki bu ərəb ölkəsində etnik zəmində çaxnaşmaların artırılması üzrə səyləri nakam qoymaq məqsədilə şiələr və sünnilərin birgə və müştərək formada camaat namazları qılmalarını istədi.
Frans Pressin verdiyi məlumata görə Maliki iraqlılardan istəyib ki, ölkədəki kobudluqların qarşısını almaq üçün hər cümə günü Bağdad məscidlərindən birində sünnilər və şiələr birgə formada camaat namazı qılsınlar. Bu istək bütün İraqda şiələr və sünnilərin ibadət məkanlarına bir sıra silsilə terror hücumlarının baş verməsinin ardınca irəli sürülüb.
Maliki bir bəyanatda bildirib: Məscidi hədəfə alanlar, şiə və sünni düşmənləridirlər və onların hədəfləri etnik və məzhəbi zəmində çaxnaşmaları artırmaqdır.
