ABŞ prezidenti təkid edib ki, ölkənin casusluq orqanları digər ölkələrdən casusluq əməliyyatlarını davam etdirəcəklər.
Barak Obama şənbə günü (18 yanvar) Almaniyanın ZDF dövlət Televiziyasından yayımlanan müsahibəsində bildirib ki, Amerika casusluq orqanları Almaniya və digər ölkələrin casusluq orqanları kimi, dünyanın digər ölkələrinin bu ölkə haqda niyyətlərindən casusluq etməkdə davam edərək bu prosesdə heç bir dəyişiklik baş verməyəcək.
Bununla belə Obama əminlik verib ki, Almaniya konsleri Angella Merkel həmin casusluqlardan nigarançılıq hissi keçirməməlidir.
Əldə edilən məlumatlara əsasən, Obama iddia edib ki, ABŞ məxfi orqanları tərəfindən əldə edilən məlumatlar diplomatik və hökumətin siyasi məqsədlərinə xidmət edir.
ABŞ prezidenti həmçinin deyib: Məxfi orqanlarının əldə etdikləri informasiyaların qəzetlərdə yayıldığı hal, əbəs bir işdir zira bu real bir məsələdir ki, kəşfiyyat orqanlarının əldə etdikləri informasiyaları başqaları bilmirlər.
