Barak Obama ABŞ-ın İraqa təcavüzündən 10 il sonra bir daha ümumi fikri müharibəyə qane etmək üçün aldatmağı öz gündəminə salıb.
ABŞ prezidenti Barak Obama çərşənbə axşamı günü Suriyaya hücum barəsində xalqa müraciət edəcəyi barəsində vəd verdiyi bir halda, onun bu barədə demək olar ki, deməyə sözü qalmamışdır. O, son vaxtlar G-20 dövlət başçılarının sammitində öz sözlərini deyib və onun üçün qalan yalnız propaqandadır. ABŞ prezidentinin aldatmaqla dolu sözlərini Amerika rəsmilərinin İraqa təcavüzdən öncəki sözləri ilə müqayisə etmək lazımdır.
ABŞ prezidenti Barak Obama 5 il dəyişiklik şüarı verdikdən sonra, bir çox şeyləri dəyişə bilməyəcəyini gördükdə, məcbur özü dəyişdi və “Buşa bənzər” oldu! O dövrün zarafatlarındandır ki, hazırda onun militarist hərəkətlərinin qarşısını almaq üçün ABŞ və dünya xalqları gözlərini həmişə müharibə ardınca olan Respublikaçıların rəyinə diksinlər!
Son söhbətlərində, o cümlədən G-20 iclasında Obamanın aldadıcılığını aşağıdakı formada sıralamaq mümkündür, hərçənd ki, bəlkə də onların hamısını saymaq olmaz:
Birincisi budur ki, Barak Obama heç bir fakt təqdim etmədən Suriya hökumətini kimyəvi silahlardan istifadə etməkdə suçlayır. O zaman İraq hökuməti də suçlandı ki, kütləvi qırğın silahlarına malikdir. Lakin bu iddia heç bir zaman sübuta yetirilmədi.
İkincisi cənab Obama açıq-aşkar şəkildə iddia edir ki, Birləşmiş Ştatlar Suriya hökuməti ilə davranmazsa, dünyada digər özbaşına hökumətlər təşviq olunacaqlar ki, kütləvi qırğın silahlarından istifadə etsinlər. Obamanın bu sözü tam aldatmaq deməkdir. 1980-ci illərdə İraqda bir diktatura rejimi kimyəvi silahdan istifadə etdi və Vaşinqtonun sərt davranışı ilə üzləşmədi, üstəlik, Foreign Policy jurnalında dərc olunan sənədlərə əsasən Birləşmiş Ştatların əməkdaşlığı ilə həmin silahlardan istifadə etmişdir.
Üçüncüsü amerikalılar Suriyaya məhdud hücumdan danışırlar. Bu iddia puç söhbətdən başqa bir şey deyildir. Əvvəla amerikalıların hücumu təxminən 3 illik proseduranın bir hissədir. ABŞ hazırda güc müvazinətinin müqavimət qüvvələrinin xeyrinə dəyişməsi ardınca onlara qarşı birbaşa məsələyə daxil olmağa məcbur olub ki, müvazinəti dəyişə bilsin. İkincisi Suriyada terrorçu və üsyançı qüvvələr praktiki olaraq Birləşmiş Ştatların nəzərində tutduğu plan üzrə fəaliyyət göstərirlər. Bəzi əldə olunan xəbərlərə əsasən, təkcə Dəməşqin ətrafında 30 min suriyalı terrorçu vardır ki, Suriyaya hərbi təcavüzdən sonra paytaxta doğru hərəkət etməyə hazırdır. Suriya ordusu amerikalıların güclü hücumları ilə eyni zamanda onlarla da döyüşməlidir.
Dördüncüsü cənab Obama iddialıdır ki, Suriyaya hərbi hücum ABŞ-ın milli təhlükəsizliyi istiqamətində həyata keçirilir. Halbuki Amerikanın bu hücumu ilə himayə olunan suriyalı terrorçuların əksər hissəsi həmin təkfirçi qruplardır ki, ötən günə qədər ABŞ-ın ən böyük düşməni hesab olunurdular və onlara görə terrorizmə qarşı müharibə başlandı.
Beşincisi Barak Obama Suriyaya hücumu humanist müdaxilələrdən sayır. Aydındır ki, ABŞ ordusu öz yeni humanist yolunda çoxlu sayda suriyalı vətəndaşı qətlə yetirəcək və Suriyanın infrastrukturunun bir hissəsini məhv edəcəkdir. Humanistlikdən bu nəticəni çıxarmaq, əlbəttə ABŞ-da həmişə müharibəyə qarşı qrupların tənqid obyekti olmuşdur. Bu qruplar Obamanın prezident seçilməsində əsas bünövrələrdən biri olmuşdur.
Obamanın yalanları ehtimal üzrə bununla bitmir. O çərşənbə axşamı günü ABŞ xalqına müraciətində mütləq yalanlarını davam etdirəcəkdir. Aydındır ki, amerikalıların yalanla başlatdıqları müharibə onlar üçün heç vaxt arzulamadıqları mənfi nəticələri yarada bilər. Görəsən Obama mənfi nəticələrlə qarşılaşdığı zaman aldatmaqla ümumi fikrin diqqətini yayındıracaqmı? Bu sualın cavabı aydın deyildir. Amma ən azı bilirik ki, Buş bu işi görə bilmədi.