AsyaDünyaXƏBƏRLƏR

Pakistan öz torpağında baş vermiş cinayətlər haqda cavabdeh olmalıdır

Tehranın Cümə Namazı Xitabətçisi Pakistan torpağında terrorçular tərəfindən bir iranlı sərhədçinin şəhid edilməsi və başqa 4 sərhədçinin təhdid edilməsinin İran xalqı üçün qəbuledilməz olduğunu bildirdi.

Ayətullah Seyid Əhməd Xatəmi İran İslam Respublikasının, bir iranlı sərhədçinin şəhid edilməsi və başqa 4 iranlı sərhədçinin təhdid edilməsi haqda Ceyşül-Ədl adlı terror qruplaşmasının cinayətindən asanlıqla keçməyəcəyini bildirərək, deyib: Pakistan dövləti, öz torpağında baş vermiş bu cinayət haqda cavabdeh olmalıdır.

Regionun ərəb dövlətlərinin Suriya, İran, İraq və regionun başqa ölkələrində baş verən terror əməliyyatlarında rola malik olduqlarına təkid edən Tehranın Cümə Namazı xitabətçisi sonra deyib: Pakistan rəsmiləri, bu ölkənin terrorçuların fəaliyyəti üçün bir məkana çevrilməsinə icazə verməməlidirlər.

Ayətullah Seyid Əhməd Xatəmi İran İslam Respublikasının təhlükəsizlik rəsmilərindən istəyibdir ki, Ceyşül-Ədl terror qruplaşmasını Rigi terror qruplaşması kimi darmadağın edib, məhv etsinlər.

Yeni 1393-cü hicr şəmsi ilinin başlanması münasibəti ilə xalqı təbrik edən Tehranın Cümə Namazı Xitabətçisi, İslam İnqilabının Böyük Rəhbəri tərəfindən cari hicri şəmsi ilinin ” Milli Əzmkarlıq və Cihadi İdarəçiliklə İqtisadiyyat və Mədəniyyət” ili adlandırılması haqda da deyib: Bütün İran xalqı və İran İslam Respublikası Quruluşunun məsul şəxsləri yeni hicri şəmsi ilində, özlərinin işləri və fəaliyyətlərini qeyd edilən mühüm məsələlərin reallaşması uğrunda təmərküzləşdirməlidirlər.

İqtisadiyyatın müqavimətli olması habelə daxili qabiliyyətlərə söykənməsi zərurətinə təkid edən Ayətullah Seyid Əhməd Xatəmi sonra deyib: Müqavimət İqtisadiyyatı dövlət iqtisadiyyatı deyildir, əksinə xalq mehvərlidir və İran vətəndaşlarının həyatlarının yaxşılaşdırılmasına və rifahına önəm verir.

Tehranın Cümə Namazı xitabətçisi həmçinin deyib: İslam İnqilabının Böyük Rəhbərinin buyurduqlarına əsasən mədəniyyət ərsəsi, iqtisadiyyat ərsəsindən daha önəmlidir. Buna görə də ölkənin məsul şəxsləri izzət və əzəməti xalqa hədiyyə edən İran mədəniyyətini qorumalıdırlar ki, bu mədəniyyət də İslam dini və İslam dininin dəyərlərindən başqa bir şey deyildir.

Ayətullah Seyid Əhməd Xatəmi əməl paklığı və qabiliyyətlərə inamın olmasının, Cihadi İdarəçiliyin xüsusiyyətlərindən olduğunu bildirərək, ümidvarlıq edibdir ki, yeni hicri şəmsi ilində İran xalqı bu ilin adına layiq nailiyyətlərin şahidi olacaqdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu