Misir müdafiə naziri bildirib: Misirli aksiyaçıları repressiya etmək üçün bu ölkə ordusu özəl bir hərbi qüvvə təşkil edir.
Qüds Press xəbər portalı məlumat verib: Əbdül-Fəttah Əl-Sisi bu yeni qüvvənin təşkili mərasimində bildirib: Çevik qüvvələr müxtəlif hərbi bölmələrin üstün və bacarıqlı qüvvələrindən təşkil olunur.
Eyni halda Misirdə nəşr edilən Əl-Bədil qəzeti də silahlı qüvvələrin məsul mənbələrindən nəql olaraq bildirib: Əl-Sisi çərşənbə axşamı onun təşkili mərasimində iştirak etdiyi yeni Briqada silahlı qüvvələrin tərkib hissəsindədir və küçə aksiyalarını repressiya etməkdə məsuliyyət daşıyır.