AsyaBəhreynDünyaXƏBƏRLƏR

Bəhreyn Alimlər İslam Şurasının buraxılmasına etirazlar davam edir

Bəhreynin Ədalət Divanının Bəhreyn Alimlər İslam Şurasının buraxılması və onun əmlakının müsadirə olunması ilə bağlı qərarına etiraz və reaksiyalar davam etməkdədir.

Əl-Nəbiyyə Saleh məntəqəsinin qəzəbli əhalisi küçələrə axışıb və aksiyalar keçirərək Ali-Xəlifə rejimi məhkəməsinin Bəhreynin ən yüksək Şiələr Təşkilatına qarşı qərarını pisləyib və 14 fevral tarixində inqilabın 3-cü ildönümünün hüquqi üsyanında iştirak üçün hazırlığını elan edib.
Digər tərəfdən Bəhreynin müxalifət partiyaları Bəhreyn Alimlər İslam Şurasının ləğv olunmasını rejimin müxaliflər və inqilabçılarla dialoqda ciddiliyinə dair heç bir nişanən olmamasının göstəricisi adlandırıb, bu qərarın tayfaçılıq və intiqam xarakteri daşıdığını bildiriblər. Belə ki, hakim rejimin siyasətində ikili standartı açıq-aşkar şəkildə nümayiş etdirir.
Bəhreyn rejimi Ali Məhkəməsi çərşənbə günü ədliyyə və islam məsələləri üzrə nazir Xalid İbn Əli Ali-Xəlifənin şikayəti əsasında siyasi sifarişli bir qərarla Bəhreyn Alimlər İslam Şurasını buraxdı.
Bəhreyn Alimlər İslam Şurası 2005-ci ildə Ayətullah Şeyx İsa Qasim tərəfindən təsis olunub. Bəhreynin bir çox dini elmlər üzrə tələbələri bu şurada üzvdürlər və onların fəaliyyətləri dini məsələlər üzərində təmərküzləşib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu