Qərb dövlətləri və ya müharibə cinayətkarları tərəfindən idarə olunan cinayətkar rejimlərin Suriya ilə bağlı iddiaları gülünc və ağ yalanlar qatarına bənzəyir.
Qərbin Suriya qarşısındakı ən “yaxşı” siyasətləri və rəftarlarından 10 ən “yaxşısını” burada araşdıracağıq:
1 – Amerika, İngiltərə və Fransa qiyamçıları silahlandırırlar
Qanunları aşkar və kobud formada pozan bu üç ölkənin hər biri Suriya hökumətinə qarşı savaşan qiyamçılar və terrorçulara hərbi dəstək və yardımların artırılacağını elan edirlər.
2 – Qərbin əlaltıları Suriyanın müstəqil dövlətinə qarşı tələblər irəli sürürlər
Qərb tərəfindən himayə edilən terrorçular və silahlı qiyamçılar Suriyanın müstəqil və milli hökumətindən qeyri-qanuni tələblərə malikdirlər. Amma, Suriyada həqiqi müxalifət qüvvələrinin istəklərinə Qərb laqeyd yanaşır.
3 – Avropa Birliyi əl-Qaidəni maliyyələşdirir
Deyilənlərə görə Suriyada 200-dən çox terror dəstəsi fəaliyyət göstərir və onların üzvləri 30-dan çox ölkədən o cümlədən Liviya, Tunis, Ərəbistan, Rusiyanın Qafqaz bölgəsindən, Qətər, Türkiyə, Livan, İordaniya və hətta İngiltərə və Fransadan Suriyaya gətiriliblər. Bu terror dəstələrinin əksər üzvləri özlərini cihadçı adlandırırlar və özlərini müsəlman hesab edirlər. Amma, əslində terrorçu, təcavüzkar, cinayətkar, qatil və ruhi xəstədən başqa bir şey deyillər.
4 – İsrail əl-Qaidənin himayədarı
İsrailin hava qüvvələri Dəməşqi hədəfə aldığı zaman, deyilənlərə görə əl-Qaidə terrorçuları bu hücumu sevinclə
qarşılayıblar.
5 – Qərb Afrikada terrorçulara qarşı savaşır. Amma, həmin terrorçuları Suriyada himayə edirlər
Fransa ABŞ və İngiltərənin himayəsi ilə Malidə terrorçularla mübarizə bəhanəsi ilə bu ölkəni işğal etməyə çalışır. Amma, bu terrorçuların Suriyadakı vəhşilikləri ilə bağlı videoyazı yayımlandıqda Fransa və onun qərbli müttəfiqləri deməyə bir söz tapmadılar.
6 – Qərb Rusiyanı Suriya və regionda vəziyyəti gərginləşdirməkdə ittiham edir
ABŞ dövlət katibi Con Keri cari həftədə Moskvanı Suriyaya S-300 raket kompleksləri verməsinə görə tənqid edib. İsrailin baş naziri Benyamin Netanyahu da elə bu məsələyə görə Putuni tənqid etdi. Halbuki, Suriya və ümumiyyətlə regionda vəziyyəti gərginləşdirən tərəflər Vaşinqton, London, Paris və Təl-Əvivdir.
7 – Yaranmış vəziyyətə görə İran və Hizbullahın məsuliyyət daşıdığını deyirlər
Qərbin regionda vəziyyətin böhrana sürüklənməsi ilə bağlı tərs məntiqinə əsasən ABŞ prezidenti Barak Obama və bu ölkənin bir sıra digər siyasətçisi İran və Hizbullahı Suriyanı himayə etdikləri üçün tənqid ediblər. Sanki onlar regionda vəziyyətin gərginləşməsinin əsas səbəbkarlarının terrorçuları himayə edən ABŞ, İngiltərə, Fransa, Türkiyə, İsrail, Ərəbistan, Qətər, BƏƏ və İordaniya olduğunu bilmirlər.
8 – ABŞ, İngiltərə və İsrailin görünməz qüvvələri
Qərb siyasətçiləri İranı Suriyanı himayə etməkdə ittiham etdikləri halda elə bu siyasətçilər sanki öz gözlərini həqiqətin üzünə yumublar və ABŞ və İngiltərənin Suriyada terrorçuları himayə etmələrini görmürlər.
9 – Türkiyə və İordaniya suriyalı didərginlər məsələsində yardım istəyirlər…Halbuki, bu böhranı onların özləri yaradıblar
5 milyona yaxın suriyalı yəni bu ölkə əhalisinin 20%-i müharibə nəticəsində öz evlərini tərk etməyə məcbur olub. Təqribən 1.5 milyon suriyalı didərgin Türkiyə, İordaniya və Livanda qaçqın düşərgələrində yaşamağa məcbur olub. Bu insani faciə ötən iki ildə hər ay Ərdoğan hökuməti üçün təqribən 50 milyon dollara başa gəlir.Cari ilin sonuna kimi Türkiyədəki didərginlərin sayının 900 min nəfərə çatacağını nəzərə alsaq, bu xərclərin Ərdoğan hökuməti üçün 2 dəfə artacağını proqnoz etmək olar.
10 – Suriyadan böhran İraqa sirayət edir
Bu, Qərb medialarının istifadə etdiyi bir ifadədir.Amma, əslində böhran İraq və Əfqanıstandan Suriyaya və digər dünya ölkələrinə sirayət etməkdədir. ABŞ-ın başçılığı altında NATO-nun 2001 və 2003-cü illərdə İraq və Əfqanıstana hücum etməsinin ardınca dünya bir daha imperializmin yırtıcılığının dəhşətini yaşamaqdadır.