Sionist hərbçilər Əl-Əqsa məscidinin mühasirəsini daha da şiddətləndiriblər.
Fələstinin Səfa Xəbər Agentliyi məlumat verib: İsrail ordusunun qüvvələri bu gün bazar ertəsi səhər çağı 50 yaşdan az olan namazqılanların Əl-Əqsa məscidinə daxil olmalarının qarşısını alıblar.
Fələstinli namazqılanların sübh namazını məscidin giriş yerlərində qıldıqlarını nəzərə alaraq Sionist hərbçilər namazdan sonra bu məscid xadimlərinin Babül Əsbət qapısında aksiyalarını dağıtmağı cəhd ediblər amma uğursuz qalıblar.
Beytülmüqəddəs əhalisi və bir çox namazqılanlardan ibarət şəxslər Əl-Əqsa məscidini müdafiə çağırışına müsbət cavab olaraq bu müqəddəs məkana toplaşıb və sionist hərbçilər və ya qəsəbə sakinlərinin ehtimal üzrə hücumları ilə qarşılaşmağa səfərbər olmuşlar.