DünyaXƏBƏRLƏR

Putin Rusiya ilə Ermənistanın xüsusi münasibətlərin birləşdirdiyini deyib

Rusiyaya səfər edən Ermənistan prezidenti Serj Sərkisyan martın 12-də həmkarı Vladimir Putinlə görüşüb. Putin Rusiya ilə Ermənistanı xüsusi münasibətlərin birləşdirdiyini deyib.

Putinin Moskva ətrafındakı iqamətgahında keçirilən görüşdə Sərkisyan deyib: “Prezident seçkisindən sonra ilk səfərimin məhz Rusiyaya olması qanunauyğundur. Rusiya bizim strateji tərəfdaşımız, müttəfiqimizdir. Biz bütün sahələrdə – siyasi, hərbi, humanitar inteqrasiya proseslərində müstəsna nəticələr əldə etmişik. İqtisadiyyatda da irəliləyiş var. Biz Rusiyanın köməyinə və dəstəyinə ümid edirik”.
Ermənistan prezidenti son vaxtlar hərbi əməkdaşlıq sahəsində böyük tərəqqi əldə olunduğunu xüsusi vurğulayıb.
Sərkisyanı yenidən prezident seçilməsi münasibətilə təbrik edən Putin Rusiya ilə Ermənistanı xüsusi münasibətlərin birləşdirdiyini deyib: “Bizim böyük, perspektivli, müştərək investisiya planlarımız var”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu