Xəbər qaynaqları Qahirə dövlət universitetində quraşdırılmış bir bombanın polis tərəfindən aşkarlanmasını təsdiqləyiblər.
Qahirə dövlət universitetinin tələbələrindən bir qrupu bildirib : Misirin təhlükəsizlik qüvvələri , Qahirə dövlət universitetinin 12 saylı binasının içərisində olan bir bombanı aşkarlayıblar.
Tələbələrin sözlərinə görə , polis bu bombanı zərərsizləşdirib.
Daxil olan məlumata əsasən, Misirin təhlükəsizlik qüvvələri Qahirə dövlət universitetində qoyulan bombada müdaxiləsi olan kəsləri təqib etməkdədir.