AsyaDünyaXƏBƏRLƏR

Yəmən hərbçiləri hücuma məruz edilib

Xəbər qaynaqları Yəmənin hərbi mərkəzlərinin üsyançı və silahlı dəstələrin hücumuna məruz edilməsini bildiriblər.

Bu gün (30 dekabr) Yəmənin cənubunda Rədfal zonasının hərbi mərkəzlərinə edilən hücumlarda 11 nəfər həlak olub.
Bu hücum əməliyyatlarının ardınca Yəmən ordusu Əl-Ənd bazasından Rədfal zonasına hərbi təchizatlar göndərib.
Bəzi xəbər qaynaqları sözü gedən məntəqənin bəzi hissələrinin silahlı ünsürlərin tapdağı altına düşməsini bildiriblər.
Son aylar Yəmənin müxtəlif məntəqələrinə o cümlədən bu ölkənin şərq və cənub vilayətlərindəki polis qüvvələrinə qarşı hücumlar son dərəcə artıb.
Yəmən vətəndaşları dəfələrlə təşkil etdikləri aksiyalarında ölkədə stabillik və əmin-amanlığın bərqərar edilməsini vurğulayıblar.
Etirazçılar Yəmən rəsmilərini ölkənin daxili işlərini idarə etməkdə bacarıqsızlıqda və ləyaqətsizlikdə günahlandırıblar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu