ABŞ-ın pilotsuz təyyarələri Pakistanın Şimali Vəzirestan vilayətinə zərbələr endiriblər. 18 nəfərin öldüyü və bir qrup insanın yaralandığı bildirilir.
ABŞ-ın pilotsuz təyyarələri bu gün səhər Pakistanın Şimali Vəzirestan vilayətində yerləşən bir məntəqəyə raket zərbələri endiriblər.
2004-cü ildən indiyə kimi ABŞ ordusu Pakistana qarşı pilotsuz təyyarələrdən istifadə edərək, 355 hücum həyata keçirib ki, 3300 nəfərin ölməsinə səbəb olub. Bugünkü hücum cari ildə həyata keçirilən 13-cü hücumdur.