Qüds şəhərində məskunlaşan 50 mindən çox fələstinli üç gündən çoxdur ki, içməli sudan məhrumdurlar.
Press Tv-nin verdiyi məlumata görə Sionist rejim 4 gün ardıcıl olaraq, Beytülmüqəddəsdə məskunlaşan 50 mindən çox fələstinlinin içməli suyunu kəsib və bu fələstinlilər içməli sudan məhrumdurlar.
Beytülmüqəddəs şəhərindəki fələstinlilər Sionist rejimin bu hərəkətini onların çətin vəziyyətlə üzləşdirdiklərini bildirirlər.
Sionist rejimin Qüds şəhəri fələstinlilərinə qarşı insan haqlarına zidd hərəkətləri bundan öncə iş yerləri və məskunlaşma haqqından məhrum etmə məsələləri ilə əlaqədar olsa da hazırda içməli sudan məhrum etmə də bunlara əlavə edilib.