İran prezidenti, İranla İraq arasındakı hərtərəfli əlaqələrin gücləndirilməsi və genişləndirilməsinə təkid edərək, deyib: Hazırda hamı inanırlar ki, regionun inkişafı və təhlükəsizliyi İranla İraq arasındakı əməkdaşlıqlar və müştərək səylərə bağlıdır.
İranın Prezident Aparatının Xəbər Portalının verdiyi məlumata görə Mahmud Əhmədinejad özünün İraqa səfərinin ilk günündəki proqramlarının davamında, iki ölkənin yüksək səviyyəli heyətlərinin iştirakı ilə həyata keçirilən İraqın baş naziri Nuri Əl-Maliki ilə görüşdə son illər ərzində İraqın abadlığı istiqamətində həyata keçirilmiş inkişaflara işarə edərək, İranla İraq arasındakı əlaqələrin dost və qardaşcasına olduğunu bildirdi.
“ Hal Hazırda müxtəlif sahələrdə Tehran-Bağdad arasındakı əlaqələr yüksələn xətt üzrə inkişaf etməkdədir” –deyə İran prezidenti sözlərini davam etdirib.
İranla İraq arasındakı əməkdaşlıqlara işarə edən Əhmədinejad sonra deyib: Hazırda Tehran və Bağdad bir-birləri ilə çox yaxın əməkdaşlıqlara malikdirlər və mühəndislik, energetika və elektrik xidmətləri bölmələrində iki ölkə arasında çox yaxşı əməkdaşlıqlara start verilibdir ki, bu əməkdaşlıqların gələcəkdə də inkişaf etməsini ümid edirik.
Bu görüşdə İraqın baş naziri Nuri Əl-Maliki də İran prezidenti və onu müşayiət edən heyətə xoşgəldin deyərək, iki ölkə arasındakı əlaqələrin müsbət olduğunu bildirdi və dedi: Yeni İraq regionun bütün dost ölkələri, o cümlədən İran İslam Respublikası ilə əlaqələri genişləndirmək ardıncadır.
İraqın baş naziri ölkəsində Bəəs rejim hökuməti dövründən qalan problemlərə işarə edərək, deyib: Hazırda İran açıq qapılar siyasətini qarşıya məqsəd qoyub. Çünki tarixi və mədəni ortaqlıqlara malik dost ölkələrlə əlaqələr və əməkdaşlıqların daha artıq genişləndirilməsini istəyirik.
