
İran İslam Respublikası xarici işlər naziri Suriya böhranının genişlənməsi nəticəsində onun regional və dünyaya buraxdığı əvəz edilməz mənfi təsirləri haqda BMT baş katibi Ban Ki Muna ciddi xəbərdarlıq edib.
İran xarici işlər naziri Əli Əkbər Salehi BMT baş katibi Ban Ki Muna göndərdiyi məktubda Suriya böhranının genişlənməsi haqda xəbərdarlıq edərək, regionu təhlükəli vəziyyətə sürükləyən bu böhranın dinc şəkildə qarşısının alınması üçün bu təşkilatdan dərhal ciddi addımlar atmasını tələb edib.
Salehi məktubunda Suriya paytaxtı Dəməşdqə vətəndaşların bir neçəsinin həlak olub, yaxud yaralanması ilə nəticələnən terror aktını pisləyərək bildirib: Bütün ölkələr, BMT və beyəlxalq ictimaiyyət Suriyada cərəyan edən terror aktları və kobudluqların dayandırılması haqda öz məsuliyyətlərini yerinə yetirməlidirlər.
Salehinin Ban Ki Muna ünvanladığı məktubda kobudluqların və kor terror aktlarının davam etməsinin Suriya xalqının zərərinə olduğunu, həmdə siyasi bir çıxış yolunun təxirə salınmasının ödənilməz nəticələrini gözəçəkmişdir.
İran xarici işlər naziri BMT baş katibinə ünvanladığı məkutubda ABŞ-ın Suriyada baş verən cinayətlərin pislənilməsi ilə müxalifət etməsini bu ölkənin terrorizmlə mübarizənin aparılmasında ikili siyasətlər yürtdüyünü bildirərək, regional və beynəlxalq çərçivəsində Suriya böhranının həll edilməsi üçün İran İslam Respublikasının rolu və hazırlığı üzərində təkid edib.