İranXƏBƏRLƏR

İran nüvə silahlarına malik olmayan Yaxın Şərqin tərəfdarıdır

Vyanada BMT-nin 5-ci “Sivilizasiyaların İttifaqı” iclasında mədəniyyətlər, dinlər və millətlər arasında danışıqlara, təmkinli olmağa və qarşılıqlı hörmətə təkid edilib.
Bu seminarda 50 ölkədən gəlmiş yüksək səviyyəli rəsmilər o cümlədən İran İslam Respublikasının xarici işlər naziri, BMT-nin baş katibi, ictimai xadimlər, media mənsubları və təhqiqatçılar iştirak ediblər.
İranın xarici işlər naziri Əli Əkbər Salehi bu iclasda terrorizm, yoxsulluq, ekologiyanın məhv edilməsi və kütləvi qırğın silahlarının genişləndirilməsini dərhal haqlarında ölçü götürülməli olan təhdidlərin yalnız bir hissəsi adlandırıb.
Ə.Salehi əlavə edib: İran İslam Respublikası terrorizmin və kütləvi qırğın silahlarının qurbanı olaraq, davamlı olaraq beynəlxalq səviyyədə atom bombası və kütləvi qırğın silahlarına malik olmayan Yaxın Şərq konfransının keçirilməsinə təkid edir.
BMT-nin “Sivilizasiyaların İttifaqı” koalisiyası 2005-ci ildə BMT tərəfindən yaradılıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu