Kabardino-Balkaria Respublikasının paytaxtı olan Nalçik şəhərində bir qrup naməlum silahlı şəxs şəhər polisinə hücum edib.
Şənbə günü baş vermiş bu hadisədə bir polis əməkdaşı həlak olub, 2 nəfər də yaralanıb.
Kabardino-Balkariya Respublikası Daxili İşlər Nazirliyinin yaydığı bəyanata görə, bu polis zabiti bir neçə şübhəli şəxsin sənədlərini yoxlamaqla məşğul olduğu zaman hücuma məruz qalıb.
Dağıstan, Çeçenistan, Kabardino-Balkariya, Karçayo və Çerkesiya, İnquşetiya və Şimali Osetiya respublikaları və Stavropol vilayətini özündə yerləşdirən Şimali Qafqaz təqribən 10 milyon əhaliyə malikdir.
Şimali Qafqaz respublikalarında işsizlik və yoxsulluq səviyyəsinin yüksək olması bu məntəqələrdə cinayət hallarının yüksək olmasına səbəb olub. Eyni zamanda, bu respublikalarda separatçılıq əhval-ruhiyyəsinin yüksək olması tez-tez silahlı toqquşmalarla nəticələnir.