İsa Qəmbərin namizədliyi qüvvədə qalıb
Müsavat başqanı bildirir ki, vahid namizəd qeydə alınmayacağı təqdirdə demokratik düşərgə seçkilərdən kənarda qala bilər.
Bir qrup Müxalifətin yaratdığı Milli Şura vahid namizəd kimi kinodramaturq Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürməsindən sonra quruma daxil olan Müsavat partiyası da seçkilərə öz namizədini irəli sürüb. Partiya bu qərarını Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmaması ehtimalına qarşı ehtiyat tədbiri kimi qiymətləndirib. Lakin Müsavatın bu qərarı Milli Şuraya daxil olan digər siyasi qüvvələrin narazılığı ilə qarşılanıb.
Müsavat başqanı, İsa Qəmbər bildirir ki, vahid namizəd qeydə alınmayacağı təqdirdə demokratik düşərgə seçkilərdən kənarda qala bilər. “Vahid namizədin qeydə alınmaması ehtimalı var. Vahid namizədin qeydə alınmayacağı təqdirdə demokratik düşərgə seçkilərdən kənarda qala bilər”.
Milli Şurada təmsil olunan Müsavat partiyası prezident seçkilərində kənarda qalmaq təhlükəsi narahat edir. Müsavat partiyası, partiyanın 4 yanvar, 2013-cü il tarixli qərarı, yəni İsa Qəmbərin namizədliyinin irəli sürülməsi təklifi qüvvədə saxlanılıb. Şurada təmsil olunan partiyanın bu qərarı qəbul etməsi, vahid namizəd üçün səy göstərən digər partiyalarda narazılığa səbəb olub.
Müsavat partiyasının da daxil olmaqla bir sıra Müxalifət partiyası Milli Şura yaradaraq seçkilərdə vahid namizədlə iştirak etmək barədə qərar veriblər. Və şura vahid namizəd kimi Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürülüb.
Seçkilərə vahid namizədi ilə qatılan Yeni Azərbaycan Partiyasının üzvləri seçkiqabağı səfərlərini davam etdirir.
YAP-ın İcra katibi, sədr müavini Əli Əhmədov Əli Əhmədov Ağdaşda deyib: “Bu gün “Milli şura” adı altında meydana atılan qüvvələrin xalqın dəstəyindən məhrum olduqları gerçəklikdir. Məhz buna görə də, “Milli şura” adlı qurumda təmsil olunanlar xarici qüvvələrə sığınmışlar və onların diktəsi ilə hərəkət edirlər. Xalqa söykənməyən qüvvə məhvə məhkumdur və onların heç bir gələcəyi yoxdur. Azərbaycan xalqı belə qüvvələri heç vaxt dəstəkləməyəcəkdir”.
Bu arada Azərbaycan Respublikasında seçkiqabağı şəraiti qiymətləndirən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ölkədə olan seçki komissiyalarının qərəzsizliyini şübhə altına alıb.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu hesabatında vurğulayıb: “2009-cu ildə konstitusiyaya düzəlişlər hazırkı prezidentin üçüncü müddət üçün seçilməsinə imkan verir. Avropa Şurasının Venesiya Komissiyası bunu demokratiyadan geriyə addım kimi qiymətləndirib”.