Sionist rejim ordusunun qüvvələri Beytləhm, Beyt-cala, Ceninin cənub-qərbində yerləşən Yəbod şəhərciyi, Nablosun şərqində yerləşən Bəlatə düşərgəsi, Əl-Urub şəhərciyi və Əl-Xəlilin şimalında yerləşən Beyt-Əmr şəhərciyində 8 fələstinlini həbs edərək, onları təhlükəsizlik mərkəzlərinə köçürüblər.
Fələstin Xəbər Agentliyinin verdiyi məlumata görə həmçinin sionist rejim ordusu Qəzzə Zolağında atəşkəsi pozan hərəkətlərini davamında, Qəzzə Zolağının cənubunda yerləşən Əl-Qərarə şəhərciyinin şərqinə basqın edib.
Bu məlumata əsasən sionist rejim hərbçiləri Əl-Qərarə şəhərciyində fələstinli əkinçilərin əkin sahələri və zəmilərinə tərəf atəş açaraq, bir neçə buldozerlə bu ərazilərə hücum edib, fələstinlilərin əkin sahələri və zəmilərini dağıdıblar.
