Sionist rejim hərbçiləri İordan çayının qərb sahilindəki məntəqələrə basqın edərək, bir qrup fələstinlini həbs ediblər.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, sionist rejim hərbçiləri bu gün Nablus daxil olmaqla İordan çayının qərb sahilinin müxtəlif məntəqələrinə basqın ediblər ki, nəticədə on bir fələstinli həbs olunub. Belə bir halda, sionist rejimin “Ufer” hərbi tribunalı Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın üzvü olan beş fələstinli əsirin əleyhinə zalımcasına hökmlər çıxarıb.
“Əhrar” adlı İnsan Haqqları və Əsirlər üzrə Araşdırma Mərkəzinin direktoru fələstinli əsirlərə qarşı belə zalımcasına və qəddarcasına hökmlərin çıxarılmasını kəskin tərzdə pisləyib və hüquq orqan və təşkilatlarından istəyib ki, fələstinli əsirlərə qarşı zalım və vəhşicəsinə hökmlər çıxarmasına görə sionist rejim əleyhinə şikayətlərin tənzim edilməsi istiqamətində qanun komitələri təşkil etsinlər.