AsyaDünyaİranXƏBƏRLƏR

Tehranın Cümə Namazı xətibi: sülhsevər nüvə enerjisi İran xalqının haqlı hüququdur

Tehranın Cümə Namazı xətibi Höccətülislamvəlmüslimin Kazım Sediqi Avstriya paytaxtı Vyana şəhərində İranla 5+1 Qrupu arasındakı nüvə müzakirələrinin yeni dövrünə işarə edərək, böyük qüdrətlər qarşısında preventiv bir mövzu kimi İran üçün milli məsələ və əzəmətli sərmayə adlandıraraq, deyib: İran xalqı düşmənlərin ekspansionist hərəkətləri qarşısında özünün qanuni və dini haqqından vaz keçməyəcək.

Bu dövr nüvə müzakirələrinin həssas vəziyyətinə işarə edən Höccətülislamvəlmüslimin Sediqi sonra deyib: İranla Altılar qrupu arasındakı yekun anlaşma, müvazinətli, qarşılıqlı və Qərbin İrana qarşı bütün birtərəfli sanksiyalarının aradan qaldırılması ilə eyni zamanda olmalıdır.

Tehranın Cümə Namazının Xitabətçisi öz sözlərinin davamında İranın nüvə nailiyyətlərinin davam etməsinə təkid edərək, sonra deyib: İran xalqı özünün nüvə inkişafı yolunda şəhid veribdir və buna görə də İranın nüvə alimləri nüvə tədqiqatı və genişlənməsi haqda daim önə doğru hərəkət etməlidirlər.

Höccətülislamvəlmüslimin Sediqi İranın nüvə mövzusu haqda heç kimsənin Qərblə alış-veriş etmə haqqına malik olmadığını bildirərək, deyib: Nüvə Silahlarının İstehsalı və Yayılmasını Qadağan Edən NPT Müqaviləsinə əsasən sülhsevər nüvə enerjisi bütün ölkələrin haqqıdır və heç bir ölkə nüvə silahına malik olmamalıdır.

Tehranın Cümə Namazı Xitabətçisi İslam İnqilabının Böyük Rəhbərinin bəyanatlarına istinadən belə deyib: İran müzakirə ilə müxalif deyil, əksinə diplomatik fəaliyyət zəruridir və zəkavətli və qüdrətli şəxslər münasib taktikalar seçməlidirlər və müxtəlif ölkələrə müzakirə etməlidirlər. Çünki bu mövzu qlobal həyatın zərurətlərindəndir.

Höccətülislamvəlmüslimin Sediqi həmçinin nüvə müzakirələrində İranın qırmızı xətlərinin riayət edilməsi zərurətinə təkid edərək, sentrifuqaların sayı haqda danışmağın Qərb tərəfindən bac istəmək olduğunu bildirib və deyib: İran daxilində uranın zənginləşdirilməsi ehtiyaca əsasən həyata keçirilməlidir, çünki Qərbin, ehtiyacların təmin edilməsi üzrə vədlərinə heç vaxt etimad etmək olmaz.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu