Sionist rejim mənbələri Misirin müvəqqəti prezidentinin beynəlxalq məsələlər üzrə müavini Məhəmməd əl-Bəradei və ordunun bir neçə zabitinin Təl-Əvivə qısa səfərindən xəbər veriblər.
Sionist rejim radiosu məlumat verib ki, Misirin kənarlaşdırılmış prezidenti Məhəmməd Mursinin müxaliflərindən olan əl-Bəradei Misir ordusu komandanlarından bir qrupu ilə birlikdə Təl-Əvivə 5 saatlıq səfərində bu rejim başçıları ilə danışıqlar aparıb.
Sionist rejim radiosu əl-Bəradeinin bu rejim başçıları ilə görüşü barəsində ətraflı məlumat və iki tərəfin danışıqlar mehvərinə heç bir aydınlıq gətirməyib.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin sabiq baş direktoru və Məhəmməd Mursinin müxaliflərindən olan əl-Bəradei 30 iyul aksiyalarında iştirak üçün xalqın təhrik olunmasında əsas rola malik olub. Sonda xalqın milyonlarla küçələrdə iştirakı ilə Misir ordusu Mursini iqtidardan kənarlaşdırdı.
Əl-Bəradei etiraf edib ki, Misir xalqının 30 iyul 2-ci inqilabında rolu bu olub ki, Avropa ölkələri və ABŞ-ı Misir ordusunun köməyi ilə Mursini iqtidardan kənarlaşdırmağa qane edib.