Türkiyənin xəbər mənbələri çərşənbə axşamı günü bu ölkə polisinin İstanbul şəhərində etirazçıları həbs etmək üçün geniş əməliyyat keçirdiyini bildiriblər.
Polis qüvvələri bu gün səhər saatlarında İstanbulda bir neçə müxtəlif məkana basqın ediblər.
Bu əməliyyat Türkiyədə son qarşıdurmalarda əli olmaqda ittiham olunan şəxslərin həbs olunması məqsədilə icra olunub.
Bu əməliyyatda çoxlu sayda şəxs həbs olunub.
Bu məlumata görə, şahidlərin dediklərinə əsasən polis aksiya yerlərindəki kameraların kadrlarını araşdıraraq bir qrup etirazçı rəhbərləri müəyyənləşdirib, avtomobillərə baxış keçirərək İstanbul küçələrində avtomobillərin içərisindəki şəxsləri də müəyyənləşdirir və etirazçıları həbs edirlər.