
AzərbaycanXƏBƏRLƏR
Soyqırımı tanıtmaq üçün Bakının planı!
Azərbaycan Respublikası hökuməti ermənilərin azərbaycanlılar və türklərə qarşı soyqırımının ABŞ prezidenti Barak Obama tərəfindən rəsmən tanınması üçün imza toplamaya başlamışdır.
Ağ Evin internet səhifəsində ermənilərin azərbaycanlılar və türklərə qarşı soyqırımı barəsində imza toplamaq üçün xüsusi səhifə yaradılıb.
AzərTAc bildirir ki, bu barədə imza toplamaqda məqsəd ABŞ prezidenti Barak Obamanı 2013-cü il çıxışında ermənilərin azərbaycanlılar və türklərə qarşı soyqırımını tanımağa məcbur etməkdir.
Qeyd etmək lazımdır ki, ABŞ prezidentləri hər il kütləvi qırğın ifadəsini işlədərək ermənilərə başsağlığı verir və bu barədə dünya ermənilərinin dərdinə şərik çıxırlar.