Sionist işğal ordusuna bağlı Orta Region Komandiri Nitzan Alon, İsrail ordusunun Qərb Yaxada başlatdığı hərbi əməliyyatın fasiləsiz davam etdiyini söylədi.
Dünən (21 İyun Şənbə) əsgərlərə göndərdiyi mesajda, on gün əvvəl başlatdıqları əməliyyatın davam etdiyini, itən üç əsgərlə onları qaçıranlar ələ keçirmək üçün önümüzdəki günlərdə də əməliyyatın davam edəcəyini ifadə etdi.
Üç əsgərin itməsinin ardından Qərb Yaxada xüsusilə Həmas Hərəkatı üzərində sıxlaşan işğal ordusu, açıqca Həması təmizlik etmək istədiyini söyləyir. İndiyə qədər 500 yaxın lider və mənsubu həbs olunan Həmasın qurum və təşkilatları da bağlanıldı.
Qərb Yaka’yı qarşı qarış, ev ev axtardıqları üçün müqavimətin böyük çətinliklərlə əldə etdiyi silah və sursatı da ələ keçirən işğal ordusu, bunu fürsət bilərək hərəkəti sanki iflic etmək istəyir.
Həmas Hərəkatından üç əsgərin kaçırılmasıyla əlaqədar rəsmi bir şərh edilməzkən, hadisədən Həması məsul tutan işğal rejimi hərəkəti cəzalandırmaq üçün Qəzzaya də hava hücumları təşkil edir.

