AsyaDünyaİranXƏBƏRLƏR

Ruhani: İran xalqı ötən ilki seçkilərlə xarici və daxili ifratçılara “yox” dedi

İran İslam Respublikası prezidenti ötən ilki prezident seçkilərində iranlıların siyasi qəhrəmanlığının birinci illiyində jurnalistlərə deyib: 24 xordad (14 iyun 2013) prezident seçkiləri İran xalqının xarici və daxili ifratçılara “yox” deməsi idi.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani şənbə günü ötən ilki prezident seçkilərində iranlıların siyasi qəhrəmanlığının birinci illiyi ilə bağlı keçirilən daxili və xarici jurnalistlərlə mətbuat konfransında deyib: Ötən ilki 24 xordadın müraciəti bu idi ki, İran xalqı mötədillik, sülh və dostluq, barışıq, dünya ilə anlaşma və bərabər və möhkəm inkişaf yolunu seçdi və bu yol İran xalqı üçün daimi yol olacaqdır.

Ruhani həmçinin ABŞ prezidentinin bir keşiş tərəfindən müraciət ünvanlaması barəsində deyib: Əgər müraciətin göndərilib-alınması qərara alınarsa, o məktub göndərir və cavabını da alır.

İranın nüvə müzakirəçilərinin 5+1 qrupu ilə müzakirələr zamanında Amerikanın müzakirə heyəti ilə əlaqədə olduğunu bəyan edən İran İslam Respublikası prezidenti bildirib: Heç bir keşiş tərəfindən müraciət alınmayıb və ABŞ prezidentinə də müraciət göndərilməyib.

İranın region və dünyadakı mövqeyini diqqət mərkəzində saxlayan Ruhani həmçinin 5+1 qrupu ilə müzakirələrin davam etməsi və bu sahədə ehtimal olunan anlaşmanı qiymətləndirərək deyib: İran İslam Respublikası müzakirələrdə ciddidir və əgər qarşı tərəf xoşməramlılıq nümayiş etdirərsə, anlaşma mümkündür.

“Altılıq qrupu ilə anlaşma dünya ilə anlaşma işinin sona çatması mənasında deyil” deyən İran İslam Respublikası prezidentinin sözlərinə görə, bu həftə başlayacaq müzakirələrdə ehtimal üzrə iki tərəf tənzimləmə mərhələsinə çatacaq.

Ruhani həmçinin İraqın hazırkı prosesləri və İranın “İraq və Şam İslam Dövləti” adlı terror qruplaşması ilə davranmada hansı müəyyən proqrama malik olub-olmadığını və ABŞ-la müştərək proqramda əməkdaşlıq edib-etməyəcəyi barəsində deyib: Regionda terrorizm məsələsi önəmli məsələdir.

“Terrorizm tərəfindən demokratiyaya dözməmək, əsas bir məsələdir” deyən İran prezidenti bildirib: Demokratiya səsvermə, terrorizm isə silah-sursat deyir və əsas müharibə bu iki cəbhə arasındadır.

İraqda son seçkilərin keçirilməsinə toxunan İran prezidenti seçkilərdə məğlubiyyətin əvəzini terrorizmlə çıxmağın mümkün olmadığını deyərək əlavə edib: İran İraqın dost və qonşu ölkəsi olaraq bu ölkə dövləti tərəfindən köməyin istənildiyi halda beynəlxalq qanun-qaydalar çərçivəsində İraqa kömək etməyə hazırdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Göz Atın
Kapalı
Başa dön tuşu