İranXƏBƏRLƏR

Misirin xarici işlər naziri İranı regional qüdrət adlandırdı

Misirin xarici işlər naziri İranı Yaxın Şərqin inkaredilməz qüdrəti adlandırıb və Suriya böhranının həllində İranın rolunu vacib hesab edib.
Məhəmməd Kamal Əmr cümə günü deyib: İran regional bir qüdrətdir və heç kəs onu görməməzliyə vura bilməz.
Misirin xarici işlər naziri daha sonra Suriya böhranı üçün diplomatik həll yolunu yeganə həll yolu adlandıraraq, deyib: Suriyada ehtimal olunan faciələrin qarşısını almaq üçün yeganə çıxış yolu diplomatik həll yoludur.
Məhəmməd Kamal bildirib ki, Misir Suriya böhranının həlli istiqamətində Misir, Türkiyə, İran və Ərəbistanın vasitəçiliyi ilə bir həll yolu təqdim etmək istəyir.
O, həmçinin Misirin Suriya böhranı üçün hərbi həll yolları ilə müxalif olduğunu bildirərək, deyib: Hərbi seçim Suriyada daha artıq qan axıdılmasına səbəb olacaq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu