SuriyaXƏBƏRLƏR

Ərəbistan, Qətər və Türkiyənin kəşfiyyat amilləri Suriyada fəaliyyət göstərirlər

Ərəbistan, Qətər və bəzi digər ərəb ölkələrinin kəşfiyyat xidmətlərinin amilləri hələ də Suriyanın mühüm və həssas mərkəzləri barədə İsrail rejiminə məlumatlar ötürür və terror qruplarının himayə və həmkarlıqlarına malikdirlər və Qərbin ehtimal üzrə Suriyaya təcavüzü zamanında təxribatçılıqla məşğul olacaqlar.

Məlumatlı qaynaqlar bu məsələni Əl-Minar adlı fələstinli bir həftəlik qəzetə elan edərək, vurğulayıblar: Ərəbistan və Qətərin maliyyə himayələrinə malik, həmçinin Səəd Həriri və Səmir Cəcənin yaraqlıları, eləcə də ifratçı terror qrupları ilə əlaqədə olan Livandakı terror qaragüruhları Qərb Suriyaya təcavüz edən kimi, Livanda öz terror hücumlarına başlayacaqlar. Silah yükləri və muzdur terrorçular da Livan torpağından Suriyaya daxil olacaqlar ki, ordunun ağır zərbələrinə məruz qalmış terror qruplarına kömək etsinlər.
Bu qaynaqlar ərəb kəşfiyyat xidmətlərinin müdaxilələri üçün irəli sürülmüş ssenarnin izah olunmasının davamında bildiriblər: Ərəbistan, Türkiyə və Qətərin kəşfiyyat xidmətləri özlərinin Suriyadakı amillərinə göstəriş veriblər, öz terror hücumlarını artırsınlar ki, əvvəlkindən daha artıq surətdə Suriya vətəndaşları arasında qorxu və dəhşət hissi yaratsınlar.
Həmin mənbələr əlavə ediblər: Ərəbistanın hazırladığı plana əsasən, Qərbin Suriyaya təcavüzü ilə Livan, Suriya və İraqda terror hücumlarının yeni dalğası başlanacaqdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu