Frans Press Xəbər Agentliyi İranla 5+1 qrupu arasındakı nüvə anlaşmasının əldə edilməsi ehtimalına işarə edərək İran bazarında iştirak üçün Qərb və Çinin ticarət şirkətlərinin qırğın rəqabət aparmalarından xəbər verib.
Fars Xəbər Agentliyinin verdiyi məlumata görə Frans Press bu haqda bir hesabat hazırlayaraq belə yazıb: İranın nüvə proqramı haqda anlaşmanın əldə edilməsi perspektivi Qərbin İrana qarşı sanksiyalarından sonra Tehranın əsas ticarət şirkətinə çevrilmiş Çin üçün vəziyyəti çətinləşdirəcəkdir.
Frans Pressin hazırladığı hesabatda bir çox Qərb və Çin şirkətləri İran bazarında olmaq üçün kəskin rəqabətdədirlər və bu arada İran şirkətləri ilə ticarət əlaqələri yaratmaq üçün sıx müzakirələr həyata keçirməkdədirlər.