Misir rəsmi xəbər mənbələri bildiriblər ki, ölkənin kənarlaşdırılmış prezidenti Məhəmməd Mursi tərəfdarlarının aksiyalara başladıqlarından bəri Misirdə təxminən min nəfər həlak olub.
Misir məhkəmə-tibbi ekspertizası məlumata yayaraq bildirib ki, avqust ayının yarısından bəri Muris tərəfdaşlarının keçirdiyi aksiyalar qan hamamına çevrilərək, aksiyalarda 989 nəfər həyatlarını itiriblər.
Həmin məlumata əsasən, Misir məhkəmə- tibbi ekspertizasının rəhbəri doktor Heşam Əbdülhəmid a,ıqlayıb ki, Mursi tərəfdarlarının yığıncaq mərkəzi olan yalnız Rabiətül Ədəviyyə meydanında 627 nəfər qətlə yetiriblər.
Bu statistika yalnız 2013-cü il 14 avqust-dan 13 noyabradək Mursi tərəfdalarının keçirdiyi aksiyalarda ölən qeyri-hərbçilərə şamil olur.
Rəsmi statistikalara əsasən, aksiyaçılarla qarşılaşmaq istəyən polis qüvvələrindən dən 100 nəfəri baş verən toqquşmalarda həyatlarını itiriblər.
