Peyk telekanalları o cümlədən İranın sərhədaşırı telekanallarının peyk üzərindən yayımının məhdudlaşdırılması mədəniyyət terrorizminin bariz nümunəsidir.
İranın Teleradio Təşkilatının Sərhədaşırı Yayım Xidmətinin müxbiri ilə müsahibədə bu məqama toxunan siyasi şərhçi Sədulla Zarei əlavə edib: BMT-nin Baş Assambleyasının 2 ay öncə yayımlanan ən son bəyannaməsinə əsasən bütün ölkələr kosmik vasitələrdən və peyk imkanlarından istifadə haqqına malikdirlər. Amma, təəssüflər olsun ki, bu bəyannamənin qəbul olunmasından 2 ay keçməmiş, İran telekanallarının peyk üzərindən yayımının dayandırılması istiqamətində yeni dalğanın şahidi olduq.
Zarei Qərbin İran telekanalları ilə rəftarını Qərbin ikili rəftarlarından qaynaqlanan məsələ adlandırıb və deyib: Onlar öz mənafeləri tələb edəndə qanunlara, prinsiplərə təkid edirlər. Amma, onların maraqlarını təmin etmədikdə, qanunlar və prinsiplər arxa plana keçir və görməməzliyə vurulur.