Suriya ordusu terrroçulara qarşı uğurlu əməliyyatının davamında şimal və şimal-qərb məntəqələrində onlara ağır tələfat və xəsarətlər vurub.
Bu gün Suriya ordusunun Hələb şəhərinin şimal ətrafında həyata keçirilmiş əməliyyatında 120-dən yuxarı terrorçu öldürülüb və onlarla nəfər yaralanıb.
Bu əməliyyatda terrorçuların bir təlim mərkəzi də Suriya ordusunun tam nəzarəti altına alınıb və Ərəbistan vətəndaşı olan və bu mərkəzdə təlim keçən 20 terrorçu da öldürülüb.
Digər tərəfdən, Suriya ordusunun bölmələri Hələb-Ədləb şose yolu və Əl-Muslimiyyə istiqamətində yaraqlı şəxslərin toplaşdıqları bir neçə mərkəzi hədəfə alaraq, məhv ediblər.
