SuriyaXƏBƏRLƏR

Suriya baş naziri: Dəməşq böhrana son qoyacaq hər bir layihəni müsbət qarşılayır

Suriya baş naziri Vail Həlqi deyib ki, Dəməşq bu ölkədəki 28 aylıq qanlı savaşa son qoyacaq hər bir layihəni müsbət qarşılayır.

Əl-Həlqi Pres TV ilə eksklüziv müsahibədə deyib: Suriya Cenevrə-2 müzakirələrində iştirak üçün hazırlığını elan edib. Baxmayaraq ki, digər tərəflər mövcud həqiqətlər barəsində şəffaf mövqeyə malik deyillər.

Suriya baş naziri qeyd edib ki, ABŞ və ərəb ölkələri Suriya böhranına son qoymaq üçün siyasi həll yolunun tapılması barəsində ciddi deyillər.

Səudiyyə Ərəbistanı İsrail ordusu ilə 50 milyon dollarlıq müqavilə imzalayıb ki, bu rejimin köhnə silah-sursatları Suriya yaraqlılarına verilsin. Bu silahlar müxtəlif tanka qarşı raketlər, hərbi maşınlar, arsenal təchizatı və gecə görmə qabiliyyətli cihazlardan (night vision) ibarətdir.

Həmçinin ABŞ prezidenti Barak Obama 14 iyunda öz hökumətinə göstəriş verib ki, Suriya təkfirçi yaraqlılarına silah verilsin. Bu silahlar avtomat, qranat atan və tanka qarşı raketlərə şamil olur.

BMT baş katibi Ban Ki Mun 25 iyulda deyib: Suriyada qarşıdurmalar başlandıqdan sonra bu ölkədə 100 mindən çox insan həlak olub və milyonlarla insan ev-eşiksiz qalıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu